Yeddiqat dünya çempionu Mixail Şumaxerin beşinci titulunu qazandığı Formula 1 bolidi Ərəb Əmirliklərində keçirilmiş hərracda 6,6 milyon dollara satılıb. 219 şassi nömrəsinə malik olan Ferrari F2002 bolidi naməlum şəxs tərəfindən satın alınıb.

219 nömrəli yarış şassisinin tarixi 2002-ci il Braziliyada keçirilən testlərdən başlayır. Mövsümöncəsi testlərdə və San Marino Qran Prisinin təsnifat mərhələsində avtomobilindən Şumaxerin komanda yoldaşı Rubens Barikello istifadə edib. İmolada keçirilən yarışdan öncə şassi Mixael Şumaxerə verilib və alman pilot bu boliddə üç dəfə - San Marino, qalmaqallı Avstriya və Fransa Qran Prilərində qalib gəlib.

2002-ci ilin mövsümünün başa çatmasından sonra avtomobil özəl kolleksiyaya keçib və bir neçə dəfə sahibini dəyişdirib. Birləşmiş Ərəb Əmirliklərində keçirilən hərracdan öncə bolid yapon eksklyuziv avtomobillər həvəskarına məxsus olub. Bolidi hərraca göndərilməzdən əvvəl yeddiqat dünya çempionunun oğlu Mik Şumaxer test edib.