Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer 2013-cü ilin sonunda kəllə-beyin travması alıb və artıq səkkiz ildir ki müalicə alır. Şumaxerin ailəsi uzun müddətdir ki, ictimayyətə Mixaelin sağlamlığı ilə bağlı heç bir məlumat verməyib və pilotun səhhəti hələ də sirr olaraq qalır.

Məlum olduğu kimi, 15 sentyabr tarixində Netflix platformasında Mixael haqqında sənədli film yayımlanmalıdır. Artıq filmin bir hissəsinə bəzi media nümayəndələri tamaşa edə biliblər və Mixaelin həyat yoldaşı Korinna Şumaxerin filmdə dedikləri sözləri ictimayyətə çatdırıblar.

“Mixael bizimlədir. O dəyişib, amma bizimlədir və bu bizə güc verir, - Korinna bildirib. - Biz evdə birlikdə yaşayırıq, Mixael müalicə alır. Biz onun səhhətinin yaxşılaşması üçün əlimizdən gələni edirik ki, özünü rahat və ailəsi ilə bağlı olduğunu hiss etsin”.