Bonhams hərrac evinin 6 fevral tarixində Parisdə təşkil edəcəyi hərracda Zagato Mostro Coupe modelinin beş nüsxəsindən biri satışa çıxarılacaqdır. Maserati markasının 100 illik yubileyi şərəfinə inşa edilmiş avtomobilin zahiri görkəmində, tarixi 1957-ci ilin Maserati 450 S Coupe sportkarı ilə əlaqə özünü biruzə verir. Zamanına görə inanılmaz gücə malik olan avtomobil «Il Mostro» («Monstr») ləqəbini alıb.

Müasir «Monstrın»  əsasını karbondan hazırlanmış. kokpitin polad karkasına və üzərində yanacaq çəni, buraxılış sistemi, asqı sistemi və 6-pilləli «robot» bərkidilmiş rama altlığına malik olan MonoCell monokoku təşkil edir. Maserati Gran Turismo MC Stradale kupesindən alınmış 4,7-litrlik V8 mühərriki öndə bazanın daxilində yerləşdirilb. Mühərrikin hasilatı açıqlanmasa da, onun 460 at qüvvəsi səviyyəsində olduğu söylənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq qeyd etdiyimiz kimi, avtomobilin yaradılması zamanı Zagato atelyesinin dizaynerləri 1957-ci ilin Maserati 450 S Coupe modelindən ilham alıblar. Orijinal avtomobil Stirlinq Mossun xahişi ilə «Le Manın 24 saatı» marafonunda çıxış etmək üçün hazırlanmışdı. Yeganə nüsxədə hazırlanmış avtomobilin kuzovu Sarte trekindəki düzlükdə 320 km/saat həddinə sürətlənməni təmin etmək üçün  yaradılmışdı. Yeni avtomobilin yaradıcıları onun təqribən bənzər aerodinamik parametrlərə malik olduğunu bildiriblər.

Satışa çıxarılacaq Zagato Mostro Coupe modeli sahibi tərəfindən birbaşa italyan atelyesinə sifariş edilib. Avtomobilin yürüyüşü min kilometrdir. «Monstr» heç zaman qeydiyyatdan keçirilməyib və əlavə ödənişlə onu ümumi yollarda istifadə üçün omoloqasiya etmək olar. Kupenin qiyməti 600-900 min avro arasındadır.