Morgan şirkəti 20 ədəd Roadsters Plus 4 70th Anniversary Edition xüsusi nəşrini istehsal edəcəyi barədə elan verib. Xüsusi versiya polad şassidə inşa edilən idman avtomobilləri dövrünə son qoyacaqdır. Yeni Morgan modelləri bundan sonra alüminium platformada inşa ediləcəkdirlər. Yubiley partiyasından olan "canlı" avtomobillər aprel ayında buraxılacağına baxmayaraq, bütün nüsxələr artıq satılıb.

Morgan Plus 4 modeli ingilis markasının ən uzun ömürlü modelidir: ilk rodsterlər hələ 1950-ci ildə istehsal edilib. Qeyd etmək gərəkdir ki, 70 il ərzində idman avtomobillərinin konsepsiyası dəyişməyib - hətta, kuzovun taxta skeleti də qorunub-saxlanılıb. Zahiri cəhətdən xüsusi yubiley versiyasını ayırd etmə o qədər də asan olmayacaqdır: "xüsusi" idman avtomobilləri xüsusi kuzov rəngi və milli təkər diskləri, şassinin qızılı rəngə boyanmış quruluşu, fərdi şəkildə nömrələnmiş lövhəcik və dekor elementləri ilə fərqlənir.

Adi Plus 4 rodsteri ilə müqayisədə 70th Anniversary Edition modeli Aero Racing idman buraxılış sistemini və 2.0-litrlik Ford Duratec mühərrikinin gücünü 156-dan 182 at qüvvəsinə qədər artıran proqram təminatını əldə edib. Transmissiya dəyişməyəcək: mühərrikin fırlanma anı arxa oxa Mazda istehsalı olan 5-pilləli mexaniki qutu vasitəsilə ötürüləcəkdir. Təkmilləşdirmələr Morgan Plus 4 modelinə 100 km/saat həddinə sürətlənməni 0.3-0.4 saniyə azaltmağa imkan verəcəkdir. Hesablamalara görə, sürətlənmə 7 saniyədən az müddətə baş tutmalıdır.

Digər cəhətlərə gəldikdə isə, Morgan Plus 4 70th Anniversary Edition modeli adi rodsterdən fərqlənməyəcəkdir: yubiley rodsteri şpondan hazırlanmış və retro üslubunda olan ön panelə, dəri ilə işlənmiş qapı xəritələrinə, həmçinin qara atlas haşiyələri olan nazik sükan çarxına sahib olacaqdır. Avadanlıqlar siyahısına qızdırılan oturacaqlar, ayaq zonasının işıqlandırması və kapotun məxmər örtüyü daxildir.

İngiltərədə Morgan Plus 4 rodsterinin «vida» nəşri 61,995 funt sterlinqə(indiki məzənnə ilə 137,2 min manata) satılacaqdır. Əmtəə nüsxələrinin yığılmasına fevral ayında başlanacaqdır. Hazır rodsterlərin təqdimatı isə aprel ayında keçiriləcəkdir.