Britaniyada fəaliyyət göstərən Morris Commercial startapının əfsanəvi Morris J-type furqonunun müasir versiyasını buraxacağı barədə xəbər vermişdik. Orijinal yük avtomobillərini 1949-1961-ci illərdə əvvəlcə Morris Commercial firması, sonra isə British Motor Corporation istehsal edib. Bu gün startap JE-Type adlı yük furqonunu təqdim edib.

Morris Commercial markasının yenidən həyata qaytarılacağı barədə məlumat 2017-ci ildə peyda olub. Hazırda britaniya markasının hüquqları kiçik bir startapa məxsusudur. Morris JE-Type modul platformasında inşa edilib və elektrik güc qurğusu ilə hərəkətə gəlir. Avtomobilin kuzov panelləri karbonplastikdən hazırlanıb. Furqon bir ton yük götürmə qabiliyyətinə malikdir. Yük bölmünün həcmi 5,5 kub metr təşkil edir.

Şirkət nümayəndələri onların yaratdıqları avtomobilin premium kateqoriyasına aid olduğunu bildiriblər.  Furqonun satışlarına 2021-ci ilin sonunda başlanmalıdır. Morris JE-Type modelinin təxmini qiyməti 60 min funt sterlinq olmalıdır.