Bentley şirkətinə məxsus olan Mulliner atelyesi "zövqlü müştəriləri" üçün Continental GT Convertible modelinin xüsusi versiyasını təqdim edib. Mulliner Convertible tərtibatı xüsusi dekor elementləri və avadanlıqlar siyahısı ilə fərqlənir. Continental GT Mulliner Convertible modelini həm W12, həm də V8 mühərriki ilə sifariş etmək olar. Xüsusi kabrioletin ilk nüsxəsinin kütləvi nümayişi Cenevrə avtosalonunda keçiriləcəkdir.

Bentley Continental GT Mulliner Convertible modelini unikal Double Diamond radiator barmaqlığı, ön qanadlardakı xüsusi havalandırma dəlikləri və üzən təkər qapaqları olan 22-düymlük təkər diskləri sayəsində tanımaq olar. Kabrioletin interyer dizaynı Diamond-in-Diamond konsepsiyasından ilhamlanır: seçilən dekorativ  tikişlər bir-birini tamamlayan iki rəngdən ibarətdir və bunun hesabına da naxışın forması vurğulanmış olur.

Rombşəkilli naxışlar oturacaqlara, qapılara, ikinci sıranın arxasındakı "rəfə" ə və ilk dəfə olaraq, mərkəzi tunelin üzlüyünə burulub. Belə bir salonun yaradılması 18 ay çəkir və təxminən 400 min tikiş tələb edir. Bu isə, hər rombda 712 tikişin olduğu göstərir.

Mürəkkəb dekoru kandarlardakı işıqlandırılan lövhələr, yeddi rəngli fon işıqlandırması, cilalanmış gümüşdən siferblatı olan Breitling saatı və 20 kanallı gücləndiricisi olan Naim səs sistemi tamamlayır. Alıcıya səkkiz varinatda üçrəngli interyer tərtibatından birini seçmək təklif olunur. Hər bir avtomobilin sahibinə dəridən örtüyü  olan iki açar təqdim olunacaqdır. Örtüyün rəngləri interyerin tərtibatı ilə üst-üstə düşür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bentley Continental GT Mulliner Convertible modelini həm 550 at qüvvəsi və 770 Nm hasil edən 4,0-litrlik V8 mühərriki, həm də 635 at qüvvəsi və 900 Nm hasil edən 6,0-litrlik W12 mühərriki ilə sifariş etmək olar.