Buick şirkəti də Ultium elektrik modul platformasına çıxışı əldə edib və yenidən canlandırdığı tarixi Electra adı altında buraxılacaq elektomobillər ailəsini hazırlayır. Bu əmtəə nişanı, Buick brendinin 1959-1990-cı illərdə buraxdığı ən bahalı və ən dəbdəbəli modellərə verilirdi.

İndi isə, adına indekslər əlavə ediləcək müxtəlif Buick (sedanlar, krossoverlər, minivenlər) modelləri Electra adlandırılacaqlar. Bu ailənin ilk nümayəndəsi isə, böyük Buick Electra E5 krossover olub.

Yeni elektrik krossoveri ABŞ-da deyil, Çində - yerli PATAC mühəndis-texniki mərkəzinin mütəxəssisləri tərəfindən yaradılıb. Bu bazar artıq uzun müddətdir ki, Buick brendi üçün üstünlük verilən bazar sayılır: əgər keçən il Buick ABŞ-da 180 min ədəd belə avtomobil satıbsa, Çində satılan avtomobillərin sayı 829 mini keçib.

Lakin bu artıq rekord deyil: bir müddət əvvəl satışların həcmi ildə 1,2 milyon ədəddən çox idi. Beləliklə, iyirmi birinci əsrin Electra modeli çinli alıcıların tələb və istəklərini nəzərə alınmaqla hazırlanıb.

Ölçülərinə görə, Buick Electra E5 krossoveri Lexus RX və ya Volkswagen Touareg modellərinə daha yaxındır: onun uzunluğü 4892 millimetr, eni - 1905 millimetr, hündürlüyü isə 1655 millimetrdir. Lakin elektromobilin təkər bazası daha uzundur: 2954 millimetr.

Elctra E5 modelinin dizaynı brendin yeni üslubundadır, onun əsas xüsusiyyəti isə, “köpəkbalığı burnu” üslubundakı ön tərəfidir. Electra LED optika, “batırılmış” qapı tutacaqları və panoram dam,  habelə 18-düymlük və ya 20-düymlük təkər diskləri ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt

Buick elektrokarı beşyerli salona malikdir, lakin interyerin şəkilləri hələlik dərc olunmayıb. Yalnız krossoverin təchizatına virtual cihazlar panelinin və havadan yenilənmə funksiyası olan media sisteminin daxil ediləcəyi bildirilib. Eyni zamanda, Electra E5 elektrokarı Super Cruise avtopilotunu alan ilk Çin modeli olacaqdır. Bu sistem hələlik yalnız ABŞ və Kanadada tam şəkildə işləyir.

Sertifikatda 245 at qüvvəsinə malik olan elektrik mühərriki göstərilsə də, avtomobilin spesifikasiyaları ümumiyyətlə açıqlanmayıb. Buick Electra E5 modeli 2023-cü ilin birinci yarısında Çin bazarında satışa çıxmalıdır. Bütün detallar satışlara yaxın zamanda dərc ediləcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.