67 il müddətində ekranlardan düşməyən və hər il ən azından bir hollivud filmində çəkilən aktyoru xatırlaya bilərsiniz?

Belə aktyor mövcuddur! 1952-ci ildə çəkiliş meydançasında debüt etmiş Chevrolet Suburban  modeli 1750-dən çox şou, seriyal və tammetrajlı filmdə çəkilib. 1956-cı ildən başlayaraq isə, avtomobil sabit şəkildə hər il ən azından bir rolda  çəkilib. Bundan başqa, iri «Şevinin» iştirak etdiyi otuza yaxın kinolent müxtəlif nüfuzlu mükafatlara layiq görülüb. Bu səbəbdən də, Chevrolet Suburban Holliviudun «Şöhrət xiyabanında»  ulduza layiq görülmüş ilk  avtomobildir.

Image alt Image alt Image alt Image alt

«Suburban minimum iki səbəbə görə unikaldır, - dördtəkərli aktyorların seçilməsinə cavabdeh olan  Denis MakKarti bildirib. – Birincisi, istənilən pesonaja uyğun olan unikal avtomobildir – onun sahibi canidən tutmuş nümunəvi ailə başçısına və polis nəfərinə kimi ola bilər. İkincisi, o dərhal səhnənin əhəmiyyətini artırmağa qadirdir - ekranda şütüyən qara Chevy-lərin peyda olması, tamaşaçıya popkorn ardınca yollanmağın vaxtı olmadığını bildirir».