Bu günlərdə Ferrari şirkəti ötən ilin yayında təqdim edilmiş 296 GTB hibrid kupesinin satışlarına başlayıb. Eyni zamanda, Ferrari bu modelin ikinci versiyasını - sərt qatlanan damı olan 296 GTS (Gran Turismo Spider) spayderini nümayiş etdirib.

Yeni spayderin iki bölməli RHT (Retractable-Hard Top) damının konstruksiyası əvvəlki 488 Spider və cari F8 Spider modelindəki ilə eynidir: yalnız panellərin forması dəyişdirilib. Servoötürmə, 45 km/saat həddinə qədər sürətlərdə damı 14 saniyəyə qatlaya və ya qaldıra bilir.

Spiyderin mühərrik qapağı və arxa hava yönləndiricisi, əlbəttə ki, orijinaldır, və onların forması kupedəki ilə mümkün qədər bənzərdir. Buna görə də, dəyişikliklər superkarın aerodinamikasına təsir göstərməyib: GTS versiyasında da qaldırma və yerəbasma qüvvəsinin balansı GTB modelindəki kimidir.

Ferrari 296 GTS modelinin yeganə aktiv aerodinamik elementi şaquli şəkildə qalxan və yerəbasma gücünü 100 kiloqram artıran arxa spoylerdir.

Texniki cəhətdən spayder kupedən fərqlənmir. Oturacaqların arxasında yerləşən 3,0-litrlik V6 biturbo mühərriki 663 at qüvvəsi və 740 Nm fırlanma anı hasil edir. Mühərrik ilə səkkiz pilləli preselektiv “robotun” arasında quraşdırılmış elektrik mühərriki 167 at qüvvəsi və 315 Nm fırlanma anına malikdir. Hibrid sistemin ümumi gücü 830 at qüvvəsidir. Arxa ötürmə elektronika tərəfindən idarələnən differensiala malikdir.

Oturacaqların arxasında eninə şəkildə yerləşdirilmiş dartma batareyasının tutumu cəmi 7,45 kilovat-saat təşkil edir. Elektrik eDrive rejimində spayder 25 kilometrə qədər məsafə qət edə və ya 135 km/saata qədər sürətlənə bilər. 

Kupe üçün təklif edilən Assetto Fiorano trek paketini də, əlavə ödəniş qarşılığında quraşdırmaq olar. Bu paketə Multimatic yarış amortizatorları olan asqı, ön tərəfdəki əlavə aerodinamik elementlər, yarış oturacaqları və Michelin Sport Cup2R şinləri daxildir. Eyni zamanda, avtomobilin konstruksiyada karbon və digər yüngül materiallardan hazırlanmış elementlərdən daha çox istifadə olunur.

Spayder orijinal kupedən 70 kiloqram ağırdır: onun boş çəkisi 1540 kiloqramdır. Müqayisə üçün, hibrid əlavəsi olmayan ortamühərrikli Ferrari F8 Spider modelinin çəkisi cəmi 1400 kiloqramdır. Qatlanan dam çəkinin stastik paylanmasına təsir göstərməyib: ön oxda 40,5%, arxada isə 59,5%. 100 km/saat həddinə sürətləmə zamanı da dəyişməyib - 2,9 saniyə. Lakin spayder 200 km/saat həddini toplamağa 0,3 saniyə daha çox vaxt sərf edir - kupe bu tapşırığı 7,3 saniyədə yerinə yetirir. Maksimal sürət 330 km/saatdan çoxdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ferrari 296 GTS modeli cari ilin ikinci yarısında satışa çıxacaqdır. Onun qiyməti hələ açıqlanmayıb, lakin 296 GTS spayderi Avropada 271 min avrodan başlayan qiymətlə satılan kupedən mütləq baha olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.