Ford şirkəti Çində keçirilmiş xüsusi tədbirdə Territory modelinin elektrik versiyasının təqdimatı keçirilib. Elektrokar amerikan istehsalçısının tərədaşı olan Jiangling Motors Corporation şirkəti ilə birlikdə hazırlanıb və üzü dəyişdirilmiş Yusheng S330 «büdcə» modelidir.

Ford şirkətinin çin nümayəndəliyinin mətbuat açıqlamasında krossoverin meqapolislərdə yaşayan gənc ailələrə ünvanlandığı bildirilir. Dolu batareya ilə, enerji yükləmədən krossover 360 kilometr (NEDC) qət edə bilər. Elektrokarın salon tərtibatında rənglənmiş plastikdən, karbonu təqlid edən dekor elementlərindən, cilalanmış metal və dəlikli dəridən istifadə edilir. Sükan çarxı, qapı və ön paneldəki elementlər yumşaq materialdan hazırlanıb.

Image alt Image alt Image alt Image alt

Ford Territory EV modelinin təchizatına 10,25-düymlük virtual cihazlar paneli, aktiv təhlükəsizlik sistemləri və elektron yardımçıları kompleksi, 10-düymlük ekranı və səslə idarələnən multimedia sistemi daxildir. Səs komandaları ilə naviqasiya sistemini, klimat-kontrolu və oturacaqları idarə etmək mümkündür. Elektrokarın satışlarına bu ilin ikinci yarısında başlanacaqdır.