Hyundai-Kia konserni yeni növ transmissiya üzərində işlədiyini bəyan edib - prediktiv “avtomat” yoldakı şəraiti öncədən görə bilir.

Koreyalılar adi avtomatik transmissiyanı internet və naviqasiyaya qoşaraq, bütöv bir kameralar və radarlar kompleksi ilə təchiz ediblər. Əldə edilmiş aqreqatı Information and Communication Technology Connected Shift System və yaxud sadəcə ICT Connected  Shift adlandırıblar.

Bu məlumatları tBəs bu qədər zəhmətə qatlanmağın səbəbi nədir? Cənubi Koreya istehsalçısının bildirdiyinə görə, radarlar, kameralar və naviqasiya sistemi tərəfindən təqdim edilən real məlumatlara əsaslanan “avtomat” əvvəlcədən gərək olan pilləni seçə bilir. Elektronika qarşıda olan döngənin bucağını və mailliyini, hərəkət axınındakı nəqliyyat vasitələrinin sürətini və onlara qədər olan məsafəni, həmçinin konkret zolaqdakı hərəkəti hesaba alır.

əhlil edən ötürmələr qutusu “optimal ssenarilər” adlandırılan ötürmələri həyata keçirə bilər. Yəni, söhbət bir pillənin dəyişməsindən deyil, davam edən prossesdən gedir ki, bu müddət ərizndə hər bir ötürmənin öz vaxtı və yeri olacaqdır. Qutunun belə “prediktivliyinin” yanacaq sərfiyyatının və idarəetmənin effektivliyini artıracağı ehtimal olunur.

Bu sistemin aparılmış ilkin sınaqları, onun istifadəsinin qıvrılan yollarda ötürmələrin sayını 43%, əyləcləmə tezliyini isə 11% azaltdığını göstərib. Müvafiq olaraq, sistemin tətbiqinin izafi nəticələri sürücünün yorğunluğunun və əyləc mexanizmlərinin yeyilməsinin azalması olacaqdır.

Hyundai-Kia konserni “birləşdirilmiş” qutuları seriya avtomobillərində quraşdırmağa hazır olduğunu bildirib. Lakin, hansı modelin birinci olaraq ICT Connected Shift qutusu ilə təchiz ediləcəyi dəqiqləşdirilməyib.