Tarixdə ilk dəfə olaraq, Jeep markası Avropada "İlin avtomobili" müsabiqəsində qalib gəlib. Car of the Year 2023 müsabiqəsinin münsiflər heyətinin üzvləri demək olar ki, yekdilliklə qələbəni Avenger elektrik krossoverinə veriblər: yeni Jeep batareyalı Volkswagen ID. Buzz minivenini (241 xal) və Nissan Ariya krossoverini (211) geridə qoyaraq 328 xal toplayıb. Kia Niro (200), Renault Austral (163), Peugeot 408 (149) və Subaru Solterra/Toyota bZ4X (133) əkizləri də finala yüksələ biliblər.

Jeep Avenger məşhur amerikan ofrouderlərinə çox az bənzəyir: bu model Stellantis platformasına əsaslanır və xüsusi olaraq Avropa bazarı üçün yaradılıb. Krossoverin əksər hissələri əsasən Peugeot ilə unifikasiya edilib. Avenger modelinin tam ötürmə sistemi belə yoxdur və o, Polşada istehsal olunacaqdır.

Ənənəvi dəyərlərdən uzaqlaşmaq Jeep markasına Car of the Year 2023 müsabiqəsinin münsiflər heyətinin rəğbətini qazanmağa imkan verib və Avenger modelinin uğuru 2012-ci ildən (Chevrolet Volt modelinin qalib olduğu vaxt) bəri amerikan avtomobil istehsalçıları üçün ilk uğur olub. Adətən münsiflər nisbətən əlçatan kütləvi seriya avtomobillərə üstünlük verirlər, ona görə də Ferrari Purosangue və Xpeng P5 modelləri finaldan kənarda qalıblar.

Elektromobilllər 2022-ci ildə Kia EV6 liderliyindən sonra ikinci ildir ki, Avropada “İlin Avtomobili” titulunu qazanırlar. Son beş ildə elektromobillər üç dəfə qalib gəliblər - 2019-cu ildə münsiflər heyəti Jaguar I-Pace krossoverini “İlin avtomobili” seçiblər. Üstəlik, Yaponiyada da münsiflər heyəti də ilin ən yaxşı avtomobili kimi elektromobili seçiblər, ABŞ-da isə batareyalı avtomobillər üç nominasiyadan ikisində fərqləniblər.

 ©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.