Kia şirkəti Sportage modeli ilə bənzər ölçülərə malik olan elektrik krossoverini təqdim edib. Daha əvvəl debüt etmiş bayraqdar EV9 elektrik krossoverinin “kiçik qardaşı” kimi tanınan Kia EV5 elektrokarı hələlik konsept statusunda nümayiş etdirilib və onun təqdimatı Çində baş tutub. Tam dolu batareya ilə Kia EV5 elektrik krossoveri Çinin CLTC dövrünə uyğun olaraq 700 kilometrə qədər məsafə qət edir və elektromobildən enerji mənbəyi kimi istifadə etmək də mümkündür - məsələn, o bir müddət kiçik bir bağ evini elektrik enerjisi ilə təmin edə bilər.

Kia EV5 zahiri cəhətdən demək olar ki, EV9 bayraqdarını təkrarlayır: eyni şüşələnmə xətti, qara dayaqlar, irəli çıxan qapı tutacaqları və barmaqlıq radiatorlarının yerində quraşdırılmış hamar boş panel. Ön fənərlərin dizaynı cüzi şəkildə seçilsələr də, lakin krossoverlərin arxa işıqları tamamilə fərqlidirlər. Salonda dörd ayrı oturacaq, kiçik “bucaqlı” sükan və avtomobilin bütün funksiyalarını idarə edən düzbucaqlı sensorlu panel var. Opsiyalardan hələlik yalnız kruiz-kontrol qeyd olunub.

Kia EV5 krossoverinin seriya versiyası növbəti bir neçə ay ərzində nümayiş etdiriməlidir, onun satışlarına isə bu ilin noyabrında start verilməlidir. Yeni modelin ilk satış bazarı Çin olacaqdır. Yığcam elektrik krossoverinin istehsalı da orada təşkil ediləcəkdir. Kia EV5 qlobal model statusuna malik olduğu üçün, Çində buraxılan elektrik krossoverləri digər bazarlara da ixrac edəcəklər. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kia EV5 Koreya markasının Çində satılan ikinci elektromobili olacaqdır. Yayda artıq Avropada satışa çıxarılan Kia EV6 modelinin satışlarına start veriləcəkdir. Kia EV6 modelinin ardınca dilerlər EV5 modelini alacaqlar, sözügedən flaqman EV9 krossoverinin təqdimatı 2024-cü ildə, hələlik adı açıqlanmayan kompakt krossoverin - 2025-ci ildə, batareyalı sedanın - 2026-cı ildə və orta ölçülü elektrik krossoverinin isə 2027-ci ildə keçiriləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.