Nissan şirkətinin amerika bölməsi Overland Expo West sərgisi üçün Frontier (bizim bazarda Navara kimi tanınan) modelinin xüsusi versiyasını hazırlayıb. Xüsusi pikap asqının lift-dəsti, damdakı baqaj bölməsi və bucurqadla təchiz edilib. Xüsusi versiya Nissan Frontier Midnight Edition modifikasiyasının əsasında yaradılıb.

Pikap asqının hündürlüyünü 76 millimetr artıran Nisstec dəsti, American Racing AX201 diskləri, Nitto Trail Grappler yolsuzluq şinləri, güc bamperləri və Hefty Fabworks müdaviə lövhələri ilə təchiz edilib. Bundan başqa, pikap damda quraşdırılmış çadıra və əlavə işıqlandırma blokuna sahib olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan Frontier pikapı 265 at qüvvəsi və 381 Nm fırlanma anı hasil edən 4,0-litrlik V6 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı beş pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.