Nissan şirkətinin nümayəndələri, yapon istehsalçısının Renault-Nissan-Mitsubishi alyansdan ayrılması barədə peyda olmuş xəbərə rəsmi münasibət bildirib. Şirkət nümayədələri yapon istehsalçısının alyansı tərk edəcəyi barədə yayılan şayiələrin həqiqətə uyğun olmadığını və alyansın “Nissan şirkətinin rəqabətcilliyinin mənbəyi olduğunu” bildiriblər.

Xatırladaq ki, dünən Financial Times nəşri anonim mənbələrə istinadən Nissan şirkətinin alyansdan ayrılmaq üçün gizli plan hazırladığını bildirmişdi.