Peugeot şirkəti 3008 krossoverinin bazasında inşa etdiyi ekstremal ofrouderi nümayiş etdirib. Peugeot Concept 3008 adını almış avtomobilin əsasını 1,6-litrlik mühərriki və öndən çəkiş sistemi olan GT modifikasiyası təşkil edir. Yeganə nüsxədə yaradılmış krossover Top Gear dərgisinin xüsusi layihəsi üçün nəzərdə tutulub. Bu yaxınlarda krossover Vyetnamdakı məşhur Xo Şi Min çığırlarının şimal hissəsində sınaqdan çıxarılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ekspedisiya krossoverinin 1,6-litrlik benzin mühərriki 181 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edir. Mühərrik səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Vizual olaraq, şou-kar 17-düymlük dəmir diskləri, Cooper AT3 şinləri, altlığın müdafiə lövhəsi və əlavə avadanlığı ilə  seçilir.

Concept 3008 köməkçi LED işıqlandırması olan alüminium Rival baqajı, ARB Simpson çadırı və velosiped üçün bərkitmə nöqtələri ilə təchiz edilib. Avtomobilin kuzovuna orijinal rəngli qrafik sxem həkk edilib. Peugeot şirkətinin britaniya bölməsinin rəhbəri Dəvid Pilin sözlərinə görə, layihənin əsas məqsədi, «xırda təkmilləşdirmələr ilə Peugeot 3008 modelinin əsl potensialını göstərməkdir».