Bu günlərdə İnternet şəbəkəsində yeni nəsil Porsche 911 sportkarının Turbo modifikasiyasının şəkili peyda olub. Avtomobil Züffenhauzendəki zavodun konveyerində çəkilib.

Şəkil Todd Şlyaxer adlı istifadəçinin Instagram sosial şəbəkəsindəki hesabında dərc edilib. İstifadəçi iki şəkili dərc etsə də, onlardan biri digərinin əksidir. Rəsmi olaraq Porsche 911 Turbo modeli təqdim edilməyib. Cari nəsil 911 Turbo modeli 540 at qüvvəsi hasil edən 3,8-litrlik altısilindrli biturbomühərrik ilə təchiz edilir. Sport Chrono dəstinə malik olan sportkar 100 km/saat həddini 3,0 saniyəyə toplayır.