Avstriya Qran Prisinin təsnifat mərhələsi Ferrari pilotu Şarl Leklerin poulu qazanması ilə nəticələnib. Gənc monakolu Şpilberqdəki trekin yeni rekorduna imza atdığı halda, onun komanda yoldaşı Sebastyan Fettel final seqmentində iştirak belə etməyib. Bu poul Şarlın F1 karyerasındakı və bu mövsümdəki kinci pouludur.

Bu həftəsonu Alplarda keçirilən sərbəst yürüşlərdə Ferrari pilotları pis çıxış etməyiblər. Şarl Lekler final seqmntdə 1.03,003 zamana imza ataraq Lyuis Həmiltonu və Maks Ferstappeni qabaqlayıb. Sebastyan Fettelin bolidi isə, ümumiyyətlə boksu tərk etməyib. Ferrari mexanikləri ciddi cəhdlə avtomobilin üzərində işləsələr də, mühərrikin pnevmatik sistemini qaydaya sala bilməyiblər.

Qeyd etmək lazımdır ki, nəticələrin dəyişmək ehtimalı da mövcuddur, çünki hakimlər birinci seqmentdə Həmilton ilə Rəykkonen arasında beş vermiş hadisəni araşdırmalıdırlar. 

Son iki ildə burada poulun sahibi olan Valtteri Bottas bu dəfə dördüncü nəticəni göstərə bilib. Onu Kevin Maqnussen və Lando Norris təqib edib.  İlk onluğa Kimi Rəykkonen, Antonio Covinazzi, Pyer Qasli də daxil olublar. Final seqmentində iştirak etməyən Sebastyan Fettel onuncu olub. 

Kevin Maqnussenin 5 yer itirmək cəzası onun ardınca sıralanmış pilotları bir pillə yuxarı qalxmasına səbəb olacaqdır. Bu cəza nəticəsində Maqnussen yarışı 10-cu yerdən başlamaq imkanı əldə edib. İlk onluqda yarışa başlayacaq pilotlardan Həmilton, Bottas və Ferstappen Medium təkərləri ilə starta çıxacaqdırlar. Qeyd etmək lazımdır ki, hələ təsnifat mərhələsi başlamazdan öncə dörd pilotun - Karlos Sayns, Aleks Əlbon, Niko Hülkenberq və Kevin Maqnussenin cəza alacağı bəlli idi. 

Yarışdan sonra baş verən hadisələri araşdıram hakimlər Lyuis Həmiltona 3 yer cəsı veriblər. Beləliklə, Həmilton bu günki yarışı dördüncü yerdən başlayacaqdır. Maks Ferstappen ikinci, Valtteri Bottas isə üçüncülüyə yüksəliblər.

Son iki gündə pilotların ön qanadlarını sındırdığını nəzərə alsaq, yarışda qəzaların olması ehtimalı böyükdür. Ümid edirik ki, Şpilberqdəki yarış mübarizə şəraitində keçəcəkdir.