Shelby Mustang Mach-E GT krossoverinin buraxılışı Kərroll Şelbinin 100-illik yubileyinə təsadüf edir. Texniki cəhətdən o, yüngül komponentləri və hündürlüyü azaldılmış asqısı olan adi krossoverdir. Belə elektromobillər, daha doğrusu, təkmilləşdirmələr paketi yalnız Avropada təklif olunacaqdır. Qeyd etmək gərəkdir ki, elektromobillərin Köhnə Dünyadakı satışı Yeni Dünya ilə müqayisədə daha sürətlə artır. Ümumilikdə, 2021-2023-cü il avtomobilləri üçün 100 dəst buraxılacaqdır. Hər bir dəstin qiyməti 24 900 avrodur.

Keçən ilki SEMA şousu üçün hazırlanmış Mustang Mach-E GT krossoverindəki təkmilləşdirmələrə əsaslanan dəstə karbon kapot və splitter, yeni təkər diskləri, kuzovdakı dekorativ zolaqlar, firma ayaqaltıları və hündürlüyü təxminən 25 millimetr azaldılmış asqı daxildir. Ən maraqlı detal isə, Active Performance Sound sistemidir. O, Borla buraxılış sistemi olan yanacaqlı avtomobillərin səsini təqlid edir və onu ilk dəfə seriya elektromobilində istifadə etmək şərəfi Shelby şirkətinə qismət olub.

Ultrareal saundtrək, 350 vattlıq gücləndirici və siqnalların rəqəmsal emalı prosessoru da daxil olmaqla, xüsusi alqoritmin və komponentlərin quraşdırılmasının nəticəsidir. Sistem CAN-şinasından məlumatları qəbul edir və səsi cari parametrlərə uyğunlaşdırır. Borla şirkətinin bildirdiyinə görə, Active Performance Sound yüngül yükləmələrdə və ya boş iş rejimində sakit  “mırıltını” təqlid edə, qaz pedalı basıldıqda isə, məsələn, döngədən çıxanda, onu gurultulu səsə çevirə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ümumiyyətlə, Borla sistemi Mustang Mach-E GT elektrokarını yanacaqla işləyən Shelby Mustang, erkən Chevrolet Camaro və ya ortamühərrikli Corvette C8 kimi səs çıxarmağa məcbur edəcəkdir. Şirkət bu texnologiyanın zamanla Ford F-150 Lightning pikapı və digər batareyalı avtomobillər üçün uyğunlaşdırılacağına söz verib. ABŞ-da sifarişlərin qəbuluna artıq başlanılıb, dəstlərin çatdırılmasına isə, ilin sonunda başlanılmalıdır. Active Performance Sound sistemi təxminən 1700 dollara başa gəlir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.