Skoda şirkəti çex patent bürosunda yeni adı qeydə alıb - Kosmiq. Çex istehsalçısının son zamanlar «K» hərfi ilə başlayan adları krossoverlərə verdiyini nəzərə alsaq, Skoda Kosmiq modelinin də yığcam krossover olacağını ehtimal etmək olar.

Güman edirik ki, bu model mart ayında Cenevrə avtosalonunda nümayiş etdirilmiş Vision X konseprinin seriya variantı olacaqdır. Auto.cz saytının məlumatına əsasən, Skoda Kosmiq Seat Arona, Volkswagen T-Cross və Skoda Scala modellərinin inşasında istifadə olunan MQB A0 modul platformasında inşa ediləcəkdir. Yeni avtomobilin mühərrik çeşidinə digər Skoda modellərində istifadə edilən benzin və dizel turbomühərrikləri daxil olacaqdır. Kosmiq yalnız öndən çəkiş sistemi ilə təklif ediləcəkdir. 

Image alt Image alt Image alt Image alt Image alt