Toyota şirkəti GR Supra GT4 yarış kupesinin yubileyi şərəfinə xüsusi Supra 100 Edition nəşrini buraxıb. Yapon istehsalçısı 2023-cü ildə Toyota GR Supra GT4 yarış avtomobilinin yüzüncü nüsxəsini buraxıb: belə tiraj yol avtomobillərinin standartlarına görə cüzi sayılsa da, sırf yarış treklərində istifadə edilən yarış kupesi üçün isə, 100 nüsxə artıq tarixi bir mərhələdir.

Bu yubileyin şərəfinə yapon avtomobil istehsalçısı həm adi GR Supra kupesi, həm də onun yarış variantı olan GR Supra GT4 sportkarı üçün nəzərdə tutulmuş xüsusi 100 Edition nəşrini anons edib. Eksklüziv idman avtomobillərinin tirajı məhduddur.

GR Supra GT4 versiyasının tarixi 2020-ci ildə başlayıb, iki il sonra isə, real müştəri rəyi əsasında yaradılmış təkmilləşdirilmiş GR Supra GT4 Evo versiyası peyda olub. Təkmilləşdirilmiş versiyanın buraxılışından altı ay keçməmiş, Toyota yarış idman avtomobilinin ilk 100 nüsxəsinin müştərilərə çatdırıldığı barədə məlumat verib. GR Supra GT4 100 Edition versiyası məhz bu hadisənin şərəfinə hazırlanıb.

Texniki cəhətdən yubiley yarış kupesi seriya analoqunu təkrarlayır. 100 Edition versiyasının bütün xüsusiyyətləri sırf dizayner işidir. Avtomobil parlaq narıncı rəngə boyanıb, kuzovun ön hissəsində əlavə aerodinamik elementlər və xüsusi versiyanın nişaanlanması olan xatirə lövhəsi var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yarış avtomobilinə ehtiyacı olmayanlar üçün GR Supra Plasma Orange 100 Edition yol avtomobili hazırlanıb. Plazma Orange xarici görünüşünə əlavə olaraq, qara təkərlər və qara əyləc supportları quraşdırılıb, salonda isə qara dəri və alkantaradan üzlüklər, habelə avtomobilin seriya nömrəsi olan karbon lövhəcik var. Yarış GR Supra GT4 100 Edition kupesi yalnız üç, GR Supra Plasma Orange 100 Edition kupesi isə 100 ədəd istehsal ediləcəkdir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.