Ingilis Historics Auctioneers hərrac evinin keçirməyi planlaşdırdığı Ascot Racecourse hərracında yaxşı vəziyyətdə olan Bentley Brooklands kupesi satışa çıxarılacaqdır. 2008-ci ilin istehsalı olan kupe göy Dark Sapphire Blue rənginə boyanmış kuzova və açıq-qəhvəyi rəngli Magnolia dərisi ilə üzlənmiş salona malikdir. Avtomobilin satışından 98.000-118.000 funt sterlinq arasında vəsaitin əldə olunacağı gözlənilir.

Bentley Brooklands kupesi, Rolls-Royce Arnage sedanının (1998-2009) yaxın qohumudur. 2008-ci ildən 2011-ci ilə qədər olan üç il ərzində Kryuda yerləşən istehsalçı 550 ədəd Brooklands modelini istehsal edib.

Kupelər 537 at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edən, L seriyasından olan əfsanəvi  6 ¾ litrlik mühərrik ilə təchiz olunurdular. Biturbomotor Brooklands kupesini 100 km/saat həddinə  5,3 saniyəyə sürətləndirdi. Kupenin maksimal sürəti 296 km/saat idi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artıq qeyd etdiyimiz kimi, satışa çıxarılan Bentley Brooklands modeli açıq-qəhvəyi Magnolia dərisi ilə üzlənmiş interyerə və tüng-göy Sapphire Blue rənginə boyanmış kuzova malikdir. Satıcının bildirdiyinə görə, kupe cəmi 32.319 kilometr məsafəni qət edib və avtomobilə sonuncu dəfə 2019-cu ilin avqustunda qulluq göstərilib.

Avtomobilin əyləc diskləri və əyləc qəlibləri dəyişdirilmişdir ki, bud a onun sahibinə 6395 funt sterlinqə başa gəlmişdir. Lota avtomobilin qeydiyyat sənədləri , texniki baxış haqqında məlumatlar və texniki xidmətin aparılmasını təsdiq edən hesab-fakturalar əlavə olunur.