Volkswagen şirkəti Avstriyada jurnalistləri məişət elektrik şəbəkəsindən qidalanan hybrid Touareg modeli ilə tanış edib. VW Touareg PHEV modeli 231 at qüvvəsi hasil edən 2,0 TSI dörd silindrli turbomühərrik və “avtomata” quraşdırılmış 136 at qüvvəli elektromotor ilə təchiz edilir. Hibrid güc qurğusunun ümumi hasilatı 367 at qüvvəsi və 700 Nm təşkil edir.

Konstruktiv cəhətdən Touareg PHEV krossoveri ümumi platformaya malik olduğu Porsche Cayenne E-Hybrid yaxındır. Məlum olduğu kimi, Porsche Cayenne modelinin hibrid qurğusu 3,0-litrlik V6 mühərrikinin ətrafında inşa edilibdir. Bu aqreqat 462 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. Buna baxmayaraq, VW Touareg daha tutumlu batareyaya malikdir: Cayenne 14,1 kVt-saatlıq, Touareg isə 18 kVt-saatlıq batareya ilə təchiz edilir. Cayenne elektrik ötürməsi ilə 23-44, Touareg isə 50-60 kilometr qət edir.

Böyük ehtimalla, Touareg PHEV modelini birinci olaraq əldə etmək şansı çinli müştərilərə veriləcəkdir. Krossoverin Çindəki satışları gələn ilin birinci yarısında başlanacaqdır. 2020-ci ildə hibrid krossoverin başqa bazarlarda təklif ediləcəyi də gözlənilir.