BMW şirkətinin Yaponiya ofisi The First Edition təchizatında olan 7 Series sedanına sifarişlərin qəbuluna başlayıb. “Salamlama” seriyasından olan flaqman sedanı 150 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır. Bütün nüsxələr zəngin avadanlığa və bahalı daxili tərtibata malik olacaqlar.

The First Edition sedanı standart olaraq 31,3-düymlük displey olan əyləncə mərkəzi, inteqrasiya edilmiş ottomanı olan oturacaq-şezlonq və Bowers & Wilkins Diamond Surround Sound 4D audio sistemi ilə təchiz ediləcəkdir. Ən ucuz sedan 17 200 000 yenə (227 400 manat), ən bahalısı isə 21 500 000 yenə (280 200 manat) başa gələcəkdir.

The First Edition nəşri yeni 7 Series modelinin üç versiyası üçün təklif olunur: 740i Excellence, 740i M Sport və i7 xDrive60 Excellence. Yanacaqlı avtomobillər səkkiz pilləli Steptronic Sport “avtomatı” ilə tandemdə çalışan 3,0-litrlik “turboaltılıq” (380 at qüvvəsi, 520 Nm), i7 elektrokarı isə iki elektrik mühərriki (544 at gücü, 745 Nm) və 101,7 kilovat-saatlıq batareya ilə təchiz edilir.

Elektrik sedanı enerji yükləmədən 590 - 625 kilometr arasında məsafə qət edəcəkdir. Nəşrin ümumi tirajı 150 nüsxədən ibarətdir - hər versiya üçün 50 nüsxə nəzərdə tutulub.

Bütün The First Edition sedanları 31,3-düymlük sensorlu BMW Theatre Screen ekranına malik olacaqlar. Bundan əlavə, standart avadanlıq siyahısına 36-dinamikli Bowers & Wilkins Diamond Surround Sound System, daxili kamera və LED tellərdən həndəsi naxışı olan Sky Lounge panoram damı daxildir.

Arxa oturacaqlar qızdırıılma, aktiv havalandırma, masaj funksiyası, həmçinin mərkəzi Executive Lounge konsolu ilə təchiz olunurlar. Bununla belə, şezlonqa çevrilən arxa oturacaqlar yalnız 740i Excellence və i7 xDrive60 Excellence versiyalarında quraşdırılacaqlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Coachline haşiyə xətti olan, Tanzanite Blue və Oxide Gray çalarlarına boyanmış ikirəngli kuzov yalnız BMW i7 elektrik sedanı üçün təklif olunur. Qəhvəyi və tünd göy rəngli Merino dərisi ilə üzlənmiş interyer də daha maraqlı görünə bilər. Belə tərtibata malik olan sedanın qiyməti 21 500 000 yen təşkil edir və bu ən bahalı versiya sayılır.

Eyni zamanda, 740i Excellence versiyasının salonu qara və ya boz dəri ilə üzlənəcək, 740i M Sport versiyası üçün isə, dəri və kəşmirin birləşməsini seçmək mümkündür. Avtomobillərin onlayn satışı həyata keçiriləcək. Çatdırılmalara bu ilin dördüncü rübündə başlamaq planlaşdırılır, lakin avtomobili indi sifariş etmək olar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.