Opel şirkəti yeni nəsil Mokka modelinə diqqəti artırmaq üçün tizerlər kampaniyasını davam etdirir. Opel Mokka krossoverinin ikinci nəsli, ön hissənin yeni tərtibatını əldə edəcək ilk Opel modeli olacaqdır. Yeni üslub Opel Vizor adlanır və Mark Adamsın rəhbərlik etdiyi dizaynerlər komandası tərəfindən yaradılıb.

Yeni üslub iki il bundan öncə nümayiş etdirilmiş Opel GT X Experimental konseptində debüt edib. Ön LED fıənərlər radiator barmaqlığı ilə vizual olaraq birləşdirilib və dəbilqənin vizorunu xatırladır. Bu həll yolu elektrokarlarda radiator barmaqlığının yerinə quraşdırılan boş paneli gizlətməyə yardım edəcəkdir. Gələcəkdə belə vizorları bütün yenilənmiş Opel modellərində quraşdırılacaqdır. 

Xatırladaq ki, bir müddət bundan öncə Opel şirkəti yeni krossoverin interyerini nümayiş etdirən tizeri dərc etmişdi. Pure Panel ("Təmiz panel") kokpiti Opel şirkətinin dizayn fəlsəfəsinin bir hissəsidir. Bu panel ilk dəfə, 2018-ci ilin Opel GT X Experimatntal konseprində nümayiş etdirilmişdir.  Interfeys, "görmə detoksifikasiyası" adlı yeni dizayn fəlsəfəsi çərçivəsində hazırlanmışdır.

Image alt Image alt Image alt Image alt

Panel sadə, təməl formaların istifadəsinə əsaslanır və yalnız gərək olan məlumatı əks etdirir. Üstəlik, interyerdə fiziki düymələrin sayını minimuma endirir. Beləliklə, istehsalçınin bildirdiyinə görə, "rəqəmsallaşdırma və intuitiv idarəetmə arasında ideal tarazlığına nail olunur". Kokpit, vahid element şəklində birləşdirilmiş və ən sadələşdirilmiş naviqasiya olan, eyni zamanda yalnız sürücüyə lazım olan məlumatları göstərən iki displeydən ibarətdir. Məsələn, söhbət krossoverin elektrik versiyasından gedirsə, güc ehtiyatı nümayiş etdiriləcəkdir.