Çin Nio startapı «Nio Günləri» tədbirində EC6 elektrik kupe-krossoverini təqdim edib. Tədbir çərçivəsində, həmçinin yenilənmiş Nio ES8 bayraqdar krossoverinin və 100 kilovat-saatlıq tutumlu yeni batareya bloku nümayiş etdirilib.

Kupeşəkilli Nio EC6 krossoveri Nio markasının üçüncü istehsal modelidir. Texniki cəhətdən yeni avtomobil standart ES6 modelindən fərqlənmir. Krossover standart olaraq 435 at qüvvəsi və 610 Nm fırlanma anı hasil edən iki elektromotor ilə təchiz edilir. Nio ES6 modelinin daha güclü Performance modifikasiyası isə 544 qüvvəsi və 725 Nm fırlanma anına malik olan güc qurğusu ilə təklif edilir. İki krossover arasında dizayn fərqi arxa dirəyin formasındadır. 

Nio ES8

Krossoveri yeni maye soyudulan termostatik batareya ilə təchiz etmək olar. Tutumu 100 kilovat-saat olan batareya krossoveri 615 kilometrə (NEDC dövrü) qədər yürüş məsafəsi ilə təmin edir.

Kupe-krossover 0,29-dan 0,27-ə endirilmiş aerodinamik müqavimət əmsalına və sahəsi 2,1 kvadrat metr olan panoramik şüşə dama malikdir. Nio EC6 kupe-krossoverinin qiyməti və daha ətraflı xarakteristikaları gələn ilin iyul ayında açıqlanacaqdır. Kupe-krossun Çin bazarında satışlarına 2020-ci ilin sentyabrında başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Nio EC6 ilə birlikdə şirkət yenilənmiş ES8 bayraqdar krossoverini də nümayiş etdirib. Flaqman krossoverinin eksteryeri yenilənmiş, avadanlıq siyahısı ilə genişləndirilmişdir.Cihazlar paneldəki ekranın diaqonalı 8,8-dən 9,8 düymə qədər artırılmış, mərkəzdə isə 11,3 düymlük HD-displey quraşdırılmışdır. Şüşənin altında NOMI Mate 2.0 səs köməkçisinin dəyirmi AMOLED displeyi yerləşdirilib. Bundan əlavə, ES8 üçün NFC açarı və yükləmə portunun «ağıllı» qapağı təklif edilir.