Nissan şirkəti Italdesign atelyesi ilə birlikdə hazırladığı GT-R50 superkarının seriya variantını təqdim edib. Superkarın qiyməti 990 min avro təşkil edir. Məhdud tirajla buraxılacaq eksklyuziv kupeyə sifarişlər artıq qəbul edilir.

Nissan GT-R50 konsept avtomobili ilk dəfə bu ilin yayında nümayiş etdirilib. Superkar GT-R modelinin və Italdesign atelyesinin 50 illik yubileyinə həsr edilib. Kütlənin avtomobilə olan reaksiyası istehsalçını kupeni kiçik seriya ilə buraxmağa vadar edib. Cəmi 50 ədəd belə sportkar buraxılacaqdır.

Xüsusi seriyadan olan kupe adi GT-R modelindən tamamilə yeni kuzovu, işıq texnikası və kuzovun unikal rəng sxemi ilə fərqlənir. Məsələn, şəkillərdəki superkupe qızılı aksentləri olan parlaq-mavi rəngə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Superkar Nissan GT-R Nismo modelinin təkmilləşdirilmiş 3,8-litrlik V6 mühərriki ilə təchiz edilir. Yeni turbokompressorlara, təkmilləşdirilmiş yanacaq sisteminə, buraxılış və giriş sistemlərinə sahib olmuş mühərrik 720 at qüvvəsi və 780 Nm fırlanma anı hasil edir. Xatırladaq ki, Nismo modifikasiyasının mühərriki 600 at qüvvəsinə və 637 Nm fırlanma anı təklif edir. GT-R50 modelinin dinamik xarakteristikaları açıqlanmayıb.