2020-ci ildə Nissan Juke krossoverinin növbəti nəslinin satışları başlanacaqdır. Yeni krossoverin təqdimatı isə, bu ilin sonuna kimi keçirilməlidir. Hələlik avtomobilin seriyaöncəsi prototipləri son testlərdən keçir.

Kolesa.ru saytının dizaynerləri yeni modelin eksteryerini kamuflyajdan təmizliyərək, krossoverin eksteryerinin necə görünəcəyini nümayiş etdiriblər. Dizayner renderləri və prototiplərin cəsus şəkilləri Juke modelinin eksteryer dizaynının inqilabi deyil, təkamül yolu ilə yenilənəciyindən xəbər verir. Növbəti nəsil Nissan Juke sələfinin xarakterik cizgiləri olan parlaq və yadda qalan formalarını qoruyub-saxlayacaqdır.

İlkin məlumata görə, Nissan Juke krossoverinin növbəti nəsli yeni Renault Clio modelinin istehsalında istifadə olunan CMF-B platformasında inşa ediləcəkdir. Krossoverin mühərrik çeşidinə benzin və dizel mühərrikləri daxil ediləcəkdir. Hibrid və tam elektrik modifikasiyalarının təklif ediləcəyi də istisna olunmur.

Yeni krossoverin istehsalı Böyük Britaniyanın şimalındakı Sanderlend şəhərindəki zavodda təşkil ediləcəkdir. Artıq qeyd etdiyimiz kimi, yeni Juke modelinin təqdimatı bu ilin sonunda keçiriləcəkdir. Avtomobilin seriyaöncəsi versiyası olan konsept yaxın aylarda nümayiş etdirilməlidir.