Nissan şirkəti Los Ancelesdə keçirilən avtosalonda yenilənmiş Murano krossoverini təqdim edib. Krossover genişləndirilmiş avadanlıq siyahısına, geniş rəng çeşidinə və yenilənmiş zahiri görkəmə sahib olub.

Yenilənmiş Nissan Murano modelini restaylinqdən əvvəlki modeldən dəyişdirilmiş radiator barmaqlığı, ön bamperdəki üçbucaq formalı duman işıqları, yeni tərtibata malik olan ön və arxa fənərlər və təkər disklərinə görə tanımaq olar. Salondakı dəyişikliklər isə tətbiq edilən materialların keyfiyyətindən ibarətdir.

Yenilənmiş Murano ikinci cərgənin sərnişinləri və ön sərnişinin dizi üçün yan hava yastıqları ilə təchiz edilir. Opsional olaraq Safety Shield 360 təhlükəsizlik sistemləri kompleksi də təklif edilir. Bu kompleksin tərkibinə təcili əyləcləmə funksiyası, piyadaları aşkarlama, arxaya hərəkət zamanı avtomatik əyləcləmə, kor zonala və hərəkət zolağına nəzarət sistemləri daxildir.

ABŞ-dakı alıcılar kuzovun üç yeni rənginə malik olub: Sunset Drift Chromaflair, Mocha Almond Pearl və Deep Blue Pearl. Krossover əvvəlki kimi 263 at qüvvəsi və 325 Nm fırlanma anı hasil edən 3,5-litrlik atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı Xtronic variatoru ilə tandemdə çalışır. Krossover öndən və ya tam çəkişli ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt