Nissan şirkəti ikinci nəsil Qashqai modelinin Avstraliya bazarı üçün nəzərdə tutulan Midnight Edition (“Gecəyarısı nəşri”) adlı yeni versiyasını nümayiş etdirib. Bu seriyadan olan krossoverlər xüsusi eksteryer və interyer detalları, tündləşdirilmiş işıq texnikası və tamamilə qara təkər diskləri ilə seçilirlər.

Qashqai Midnight Edition modelində V-şəkilli xrom radiator barmaqlığı qara parlaq rənglisi ilə əvəzlənib. Yan moldinqlər, güzgü gövdələri və dam reylinqləri də eyni rəngə boyanıb. Bamperlər və təkər tağlarının örtmələri adi "Qaşqay" modelinə olduğu kimi qara deyil, kuzov üçün seçilmiş rəngdədirlər. Qashqai Midnight Edition versiyası beş rəngdə təklif olunur: gümüş Gun Metallic, qırmızı Magnetic Red, ağ Ivory Pearl, mavi Vivid Blue və qara Pearl Black.

"Gecəyarısı" seriyasından olan Qashqai krossoveri 225/45 ölçülü təkərlər taxılmış qara Black Wind rəngli 19-düymlük təkər diskləri ilə təchiz edilir.

Krossoverin interyeri də "tündləşdirilib”:  qapı kartları və ön panel tutqun plastikdən olan dekor elementləri ilə bəzədilib. Tavan örtüyü tamamilə qaradır, sükan və transmissiyanın selektoru əsl dəri ilə örtülüb. Alkantaradan işləmələri olan eyni dəridən oturacaqların üzlənməsi üçün istifadə olunur.

Xüsusi versiyanın təchizatına Apple CarPlay və Android Auto funksiyalarını dəstəkləyən, rəqəmsal radiosu, Bluetooth sistemi və peyk naviqasiyası olan multimedia sistemi daxildir. Elektron köməkçilər siyahısına təcili əyləcləmə və kor zonalara nəzarət sistemləri, arxaya hərəkət zamanı çarpaz axın barədə xəbərdarlıq edən sistem və zolaqda saxlama funksiyası daxil edilib.

Nissan Qashqai Midnight Edition modeli də adi krossover kimi köndələn dayanıqlılıq stabilizatorları olan müstəqil asqıya malikdir. Avstraliya bazarında satılan  Qashqai krossoveri Xtronic CVT variatoru ilə tandemdə çalışan 144 at qüvvəli 2,0-litrlik birbaşa püskürtməli mühərriki ilə təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Noyabr ayının ortalarında Avstraliya qitəsində satışa çıxarılacaq Nissan Qashqai Midnight Edition modeli 35.900 avstraliya dollarına satılacaqdır. Bu, standart  krossoverin qiymətindən 7.610 dollar çoxdur.