“Porsche Taycan modelinin idarəetməsi 911 modeli ilə eyni olacaqdır”. Belə bəyanat ilə Porsche şirkətinin rəhbəri Oliver Blum çıxış edib. Sentyabr ayında işinə başlayacaq Frankfurt avtosalonunda debütü gözlənilən elektrokarın, demək olar ki, kamuflyajsız prototipləri bu günlərdə Nürburqrinqdəki sınaqlar zamanı paparazzilər tərəfindən qeydə alınıb.

YouTube kanalındakı Automotive Mike adlı istifadəçinin dərc etdiyi videoçarxda “Şimal ilgəyində” dövrələr vuran bir neçə prototip görüntülənib. Diqqət yetirsəniz, prototiplərin kamuflyajının yalnız işıq texnikasının ətraffına vurulan adladıcı örtüklərdən ibarət olduğunu görə bilərsiniz. Protoipin arxasında buraxılış sisteminin çıxış borularına bənzər elementlərin olmasına baxmayaraq, ətrafda Porsche mühərrikinin gurultusu deyil, yalnız şinlərin uğultusu eşidilir.

Blumun iddiasına gəlikdə isə, Taycan modelinin 911 sportkarında ağır olacağı bəllidir. Əlbəttə, görüntülər Porsche markasının ilk elektrokarının gedişinin 911-ə bənzədiyini göstərməsə də, unutmayaq ki, qarşımızadakı seriya modeli deyil prototiplərdir. Blum həmçinin avtomobilin hazırlanması prosesində batareyanın soyudulması, mühərriklərin qidalanması və elektrik yükləmək ilə problemlərin aşkar edildiyini, lakin bütün bunların artıq aradan qaldırıldığını da bildirib. Yəni, elektrokar debütə tam hazırdır.

Porsche Taycan modelinin populyar olacağı artıq bəllidir – alman istehsalçısı elektrokara 20 mindən çox öncədən sifarişi qəbul edib. Bu ciddi bir rəqəmdir. Yəqin ki, bu rəqəm Oliver Bluma bundan sonra kheç kimin Tesla barədə düşünməyəcəyini də söylətdirib. Çox cəsarətli bəyanatdır, deyilmi?

Image alt Image alt Image alt Image alt Image alt