Opel şirkəti yeni Corsa modelini təqdim etdikdən sonra, Astra və Insignia modellərinin növbəti nəsilləri üzərindəki çalışmaları sürətləndirib. Bunun əsas səbəbi General Motors tərəfindən tətbiq edilən ticarət məhdudiyyətləridir. Şirkət yeni modellərin yaxın zamanda debüt edəcəyini xatırlatmaqla yanaşı, onlar haqqında məlumatla bölüşməkdən də çəkinmir.

Növbəti nəsil Opel Astra modelinin əsasını PSA konserninin EMP2 modul platforması təşkil edəcəkdir. Yəni, Opel Astra ilə Peugeot 308 yaxın qohum olacaqdır. Yeni Astra modelinin istehsalı alman markasının Rüsselshaymdakı əsas zavodunda həyata keçiriləcəkdir. Xatırladaq ki, 2009-2015-ci illərdə Astra modeli məhz bu zavodda buraxılsa da, cari nəsil Vauxhall markasının Elsmir Portdakı (İngiltərə) və Opel markasının Qlivitsdəki (Polşa) zavodlarında istehsal edilir. 

Rüsselshaymdakı zavod

Rüsselshaymdakı zavodda isə, hazırda Opel Insignia ailəsi və onun klonları (Buick Regal və Holden Commodore) buraxılır. Opel Zafira modelinin istehsalına son verilməsi zavodun istehsal gücü bir qədər sərbəst edib.

Opel növbəti Astra modelinin daxili yanma mühərrikləri ilə yanaşı, elektrik güc aqreqatı ilə də təklif ediləcəyini vurğulayıb. Bütün modifikasiyalar bir konveyerdə istehsal ediləcəkdirlər. Qeyd etmək lazımdır ki, PSA konsernində belə çeviklik xüsusi qürur mənbəyinə çevrilib. Yeni Opel Astra modelinin istehsalına 2021-ci ildə başlanacağı bildirilib.