Opel şirkəti yenilənmiş Astra modelini təqdim edib. Avtomobildə baş vermiş əsas dəyişikliklər mühərrik çeşidinə aiddir. Bütün mühərrik və transmissiyalar Opel markasının keçmiş sahibi GM konserni tərəfindən təqdim edilib.

Yenilənmiş Astra modelini dəyişdirilmiş bamperləri, radiator barmaqlığının yeni tərtibatı və daha yaxşı aerodinamikaya nail olmaq üçün vəziyyətini dəyişən qalxanlardan tanımaq olar. Bundan başqa, Opel mütəxəssisləri avtomobilin alt hissəsində ciddi iş aparıblar - burada havanın burulmasının qarşısını alan çıxsaylı qanadcıqlar quraşdırılıb. Təkmilləşdirmələr nəticəsində modelin aerodinamik müqavimət əmsalı hetçbekdə 0,30-dan 0,26-ya, universalda isə, 0,25-ə qədər azaldılıbdır.

Yenilənmiş Astra Avropada 110, 130 və 145 at qüvvəli yeni 1,2-litrlik üçsilindrli turbomühərrik ilə təchiz edilir. Bundan başqa, modelin mühərrik çeşidinə 145 at qüvvəsi hasil edən 1,4-litrlik turbodizel də daxil edilib. Benzin mühərrikləri yalnız mexaniki qutu, dizel aqreqatı isə GM konserninin variatoru ilə təchiz edilir.

Opel Astra yeni 1,5-litrlik turbodizel ilə də təchiz ediləcəkdir. Bu mühərrik 105 və 122 at qüvvəli variantlarda təklif olunur.105 at qüvvəli variant alti pilləli mexaniki qutu, daha güclü variant isə doqquz diapazonlu «avtomat» ilə tandemdə çalışır.

Image alt Image alt Image alt Image alt Image alt

Astra modelinin salonunda da yeniliklər vardır. Cihazlar paneli virtual sürət nişanlamasına, multimedia sistemi isə səkkiz düymlü sensorlu panelə sahib olub. Bundan başqa, avtomobilin avadanlıq siyahısına smartfonların induksion doldurulması sistemi də daxil edilibdir.

Mühəndisləri avtomobilin şassisini də təkmilləşdiriblər - yeni amortizatorlar avtomobilin gediş rahatlığını artırıb. Bundan başqa, asqının idman tənzimləmələrini və daha həssas sükan idarəetməsini təklif edən idman dəstini də sifariş etmək olar. 

Yenilənmiş Opel Astra modelinin Avropadakı satışlarına bu ilin payızında başlanacaqdır.