Opel şirkəti Brüsseldə keçirilən avtosalonda Insignia modelinin yenilənmiş versiyasını nümayiş etdirib. Yenilənməyə, mülki modifikasiyalar ilə yanaşı, GSi idman versiyasına da məruz qalıb. Yeni 2,0-litrlik mühərrikə malik olan versiya 9-pilləli avtomatik ötürmələr qutusunu da əldə edib.

Yeni 9-pilləli “avtomat” əvvəlki 8-pilləli ötürmələr qutusunu əvəz edib. Yeni qutu yalnız 2,0-litrlik turbomühərrik ilə tandemdə çalışır. “Mülki” modeldə bu mühərrik 200 at qüvvəsi və 350 Nm, GSi modifikasiyasında isə 230 at qüvvəsi hasil edir. Sərtləşmiş ekoloji normalara cavab vermək üçün, mühərrik silindrlərin sönməsi funksiyasına malik olub. Bu yenilik yanacağa ortalama 18% qənaət etməyə imkan verib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

“Mülki” variantlardan sonra, Insignia GSi modeli də 168 elementi olan IntelliLux Pixel Light matrisa fənərlərinə sahib olub. Bundan başqa, liftbek və universal əyləclərin elektohidravlik gücləndiricisini, dördporşenli Brembo supportları olan təkmilləşdirilmiş mexanizmləri və radiator barmaqlığının aktiv jaluzisini əldə edib.

Modelin təchizatına arxa görüntü kamerası, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən bir neçə növ multimedia sistemi daxildir. Adaptiv FlexRide asqısı və dartma vektoruna nəzarət edən differensialsız GKN Twinster reduktoru dəyişilməz qalıblar.