Amerikanın Alpha Motor şirkəti 1950-ci illərin ruhunda dizaynı və opsional güc qurğusuna malik olan, habelə məhdud saylı tirajla buraxılacaq Montage elektrik kupesini təqdim edib. Avtomobilin qiyməti yarım milyon dollardır, lakin bu pulun nə üçün tələb olunduğu bəlli deyil. Montage modelinin ictimai istifadə yollarına çıxışı olmayacaq, lakin onun interyerinin Spinneybeck dərisi, habelə Shawmut şirkətinin ekoloji Neoluxe və Spacer Knit materialları ilə tərtib ediləcəyi bildirilib.

Alpha Motor Corporation sirli bir şirkətdir. O iki il əvvəl, Toyota və Audi şirkətlərinin, habelə fəaliyyətini dayandırmış Neuron EV startapının keçmiş əməkdaşı Edvard Li tərəfindən təsis edilib. Hətta yeni firmanın qeydiyyat ünvanı sonuncu ilə üst-üstə düşür, buna görə də, yeni şirkətin hansı yolla yarandıldığını asanlıqla anlamaq olar.

Alpha Motor şirkətinin bütün işləri renderlərə əsaslanır. Elan edilmiş modellərin sayı artıq iyirmiyə yaxınlaşsa da, hələlik bir avtomobil belə buraxılmayıb.

Alpha Motor şirkətinin son layihəsi Montage adlanır. Bu, retoro dizaynı və qeyri-müəyyən mövqeləndirilməsi olan kupedir. Avtomobilin qiyməti yarım milyon dollardır və onun üçün güc aqreqatı opsiya olaraq təklif olunur.

Avtomobilin elektrik ötürməsi Alpha Motor spesifikasiyasına uyğun olaraq hazırlanıb. Onun gücü cəmi 204 at qüvvəsi, fırlanma anı isə reduktorun ötürmə nisbəti nəzərə alınmaqla 3335 Nm təşkil edir. İstehsalçı batareyanın parametrlərini açıqlamasa da, yürüş ehtiyatı barədə məlumatla bölüşüb - 402 kilometr.

Artıq qeyd etdiyimiz kimi, Montage modelinin adi yollara çıxışı olmayacaqdır. Avtomobildən bağlı treklərdə istifadə etmək və ya onu şəxsi kolleksiyanın eksponatına çevirmək təklif olunur.

Eyni zamanda, müqavilənin şərtlərinə görə, kupe alınıb yenidən satıla bilməz, üstəlik, altı aylıq gözləmə müddətində onun qiymətinə yenidən baxıla bilər - əlbəttə ki, qiymətin azalacağını düşünmürük. Alpha Montage kupesini sifariş etmək arzusunda olanlar 249,500 dollar məbləğinda beh verməlidirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ola bilər ki, Alpha Motor şirkəti Montage modelinin köməyi ilə ilk seriya modeli olan Wolf pikapının istehsalına başlamaq istəyir. İndi şirkət tərəfindən qəbul olunduğu iddia edilən 49.000 əvvəlcədən sifarişin çoxu məhz pikapın payına düşür.

Pikapın 2025-ci ildə bazara çıxacağı gözlənilir. Alpha Motor üçün əsas bazar, əlbəttə ki, ABŞ-dır. Buna baxmayaraq, startap Avropa, Yaxın Şərq və Asiya-Sakit okean regionu ölkələrindən də imtina etmək fikrində deyil.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.