Pagani şirkəti Huayra BC Roadster superkarını təqdim edib. İtalyanlar bu layihənin markanın tarixində olan ən mürəkkəb layihə olduğunu bildirirlər. Rodsterin konstruksiyasında çoxsaylı kompozit materiallardan istifadə edilib.

«Gözləniləni üstələmək» şüarı altında buraxılan superkar yeni monokokun ətrafında inşa edilib. Yeni monokok növbəti nəsil kompozitdən hazırlanıb: bu materialın əsasını karbon lifləri, karbon-titan və Triax (ABS-plastikin poliamid və neylonla qarışığı) materialı təşkil edir. Monokokun burulmaya qarşı sərtliyi -12%, əyilməyə qarşı isə, 20% artırılıb. Bununla belə, istifadə edilən xammalın dəyəri də artıb - yeni kompozit əvvəlkindən 450% bahadır. Pagani Huayra BC Roadster modelinin çəkisi adi rodsterlə müqayisədə 30 kq azalaraq 1250 kq təşkil edib.

Superkarın ikili köndələn qollardan ibarət olan asqısı da təkmilləşdirilib. Asqının elastokinematikası dəyişdirilmiş, elektronika ilə idarələnən amortizatorları yenilənmişdir.

Pagani Huayra BC Roadster Mercedes-AMG istehsalı olan 6,0-litrlik V12 mühərriki ilə təchiz edilir. Mühərrik iki yeni turbokompressora, hidroformalaşdırma üsulu ilə yaradılan giriş kollektoruna, drossel çəpərciklərinin ikiqat gövdəsinə, dörd aralıq soyuducusuna və Bosch firmasının idarəetmə blokuna sahib olub. Nəticədə, mühərrikin hasilatı 800 (+11 a.q.) at qüvvəsi və 1050 Nm (+239 Nm) fırlanma anı təşkil edir. Yeni aqreqat ən sərt ekoloji tələblərə cavab verir.

Güc aqreqatı 7-pilləli Xtrac sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Qutu mühərrikə üçdiskli mufta və elektronika ilə idarələnən differensialdan ibarət olan nazim-çarxın vasitəsi ilə birləşdirilib. Yeni transmissiya preselektiv «robotdan» 35% yüngüldür.

Rodsterin aerodinamik dayağı və aktiv kuzov elementləri 280 km/saat sürətində 500 kq yerəbasma gücü hasil edir. Bundan başqa, Pagani ilk dəfə olaraq öz avtomobilində «üfürülən diffuzor» prinsipindən istifadə edir -  avtomobilin altlığından havanı itələyən iki boru əlavə yerəbasma gücü yaradır.

Pagani Huayra BC Roadster xüsusi sifarişlə hazırlanmış Pirelli PZero Trofeo R şinləri ilə təchiz edilir. Bu şinlər 1,9-2,2 g qüvvəsində uzununa yüklənməyə, həmçinin 2,2 g köndələn yüklənməyə davam gətirir. Aviasiya alüminiumundan döymə üsulu ilə hazırlanmış 20 və 21 düymlük təkər diskləri APP firması ilə birlikdə yaradılıb. Superkar standart olaraq Brembo karbon-saxsı əyləc mexanizmləri ilə təchiz edilir. Əyləc sistemi öndə 398 mm diskləri və altıporşenli supportları, arxada isə 380 mm diskləri və dördporşenli supportları olan mexanizmlərdən ibarətdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Huayra BC Roadster modelinin interyeri avtomobil idmanından və qran-turizmo avtomobillərindən ilham alınaraq yaradılıb. Salonun tərtibatında karbon lifinin ağacla qarışığından və basmanaxışlı dəridən istifadə edilir. Avtomobil dördnöqtəli kəmərlər və doqquzkanallı audiosistem ilə də təchiz olunur.

Pagani Huayra BC Roadster superkarının tirajı 40 nüsxə ilə məhdudlaşdırılıb. ƏDV nəzərə alınmadan, avtomobilin qiyməti 3.085.000 avrodur.