Koronavirus pandemiyası səbəbi ilə təxirə salınan ilk iri avtosalonlarından biri olan Pekinində keçirilməli olan avtomobil sərgisi olub.

Dünyanın ən böyük avtomobil bazarının ən böyük avtosalonlarından birinin elan edilən tarixlərdə baş tutmayacağı, Çində koronavirus epidemiyasının ən yüksək həddində - bu ilin fevralında elan edilib. Lakin, Çin demək olar ki, xəstəliyə qalib gəlib və Pekin avtosalonunun təşkilatçıları sərginin keçiriləcəyi yeni tarixləri açıqlayıblar.

Sərgi 26 sentyabrda açılır və 5 oktyabr tarixinədək davam edəcəkdir. Auto China 2020 sərgisi əvvəl də planlaşdırıldığı kimi, Çinin Beynəlxalq Sərgi Mərkəzinin binasında baş tutacaqdır. Bununla yanaşı, qlobal avtomobil istehsalçılarının bu sərgi üçün təqdimatlar hazırlayıb-hazırlamadığı hələlik bilinmir - avtosalonun təxirə salınması əvvəlcədən elan edilmişdi və rəsmi bəyanatlar da təxirə salınmışdı.

Eyni zamanda, bir neçə digər böyük avtomobil tədbirləri də "asılı" vəziyyətindədir - məsələn, iyul ayında keçirilməsi nəzərdə tutulan Qudvudda "Sürət Festivalı». Payızda Parisdə keçirilməli olan sərgi də qısaldılmış bir formatda keçiriləcəkdir. Yayda keçirilməli olan Detroyt avtosalonu tamamilə ləğv edilib və gələn il baş tutacaqdır.