Peugeot şirkəti “qaynar” 308 GTI hetçbekinin perspektivləri barədə məlumatı açıqlayıb. Markanın vitse-prezidenti Jerom Mişerona görə, hazırkı şəraitdə güclü yığcam idman avtomobillərinin yaradılmasına sərmayə qoymaq sərfəli deyil: elektrikləşdirilmədən sonra “qaynar” hetçbek ekoloji normalara cavab verməyəcək, hibrid aqreqatının quraşdırılması isə onun çəksini artıracaqdır.

Jerom Mişeron Top Gear nəşrinə verdiyi müsahibədə “qaynar” Peugeot 308 GTI hetçbekinin varisinin olmayacağını təsdiqləyib, bu səbəbdən də Stellantis ittifaqında Volkswagen Golf R və gələcək Honda Civic Type R ilə rəqabət etmək niyyətində deyillər.

Üstəlik Peugeot şirkəti, ekoloji normaların sərtləşdirilməsi səbəbindən “qaynar” hetçbeklər bazarının ciddi ixtisara düşəcəyindən əmindir. Elektrikləşdirmə yığcam idman avtomobillərini xilas etməyəcəkdir: hibrid güc qurğusu ilə hot-hetçlər əsas üstünlüklərini - yüngül çəki və dəqiq idarəetməni - itirəcəklər.

Eyni zamanda, yeni Peugeot 308 modelinin alıcıları çox sayda güc aqreqatları arasından seçim edə biləcəklər: benzin və dizel mühərriklərinə əlavə olaraq, ilk dəfə təkrar doldurula bilən hibrid versiyalar da təklif edilir. Tezliklə fransız şirkəti tamamilə elektrik ötrüməsi ilə hərəkətə gələn 308 modelini buraxacaqdır. Güclü versiyaların pərəstişkarlarına 225 at qüvvəli (360 Nm) 308 Hybrid modelinə diqqət yetirmək tövsiyə olunur: hibridin idman dekorlu GT versiyası da mövcuddur.