Çində yenilənmiş Peugeot 408 modeli debüt edib.Yerli bazar üçün nəzərdə tutulmuş sedan Avropada satılan Peugeot 308 modelinin üslubunda görkəmə sahib olub və firma i-Cockpit arxitekturasına uyğun olaraq hazırlanmış tamamilə yeni interyeri alıb. Yenilənmiş sedanın mühərrik çeşidində yalnız bir güc qurğusu var.

Ən uğurlu illərində Peugeot 408 modeli 100-minlik tirajla satılıb, lakin 2015-ci ildən başlaraq sedanın Çindəki satışı durmadan aşağı düşüb və 2020-ci ildə “dibə” (9 206 ədəd) çatıb. 2021-ci ildə bərpa prosesi başlayıb (12 466 ədəd), ona görə də, Stellantis konserni fransız sedanının yenilənməsini gecikdirməyib. Model olduqca ciddi dəyişikliklərə məruz qalıb - o, yeni “üzə” və firma i-Cockpit arxitekturasına əsaslanan interyerə sahib olub.

Sedan “aslan ruhunun estetikası” üslubunda hazırlanıb və sözün əsl mənasında Avropadakı Peugeot 308 modelini təkrarlayır. Ön tərəfdə nazik fənərlər, gündüz hərəkət işıqlarının “dişləri” və mərkəzində yeni firma loqotipi yerləşdirilmiş çərçivəsiz radiator barmaqlığı diqqəti çəkir..

Arxada isə, tünd bəndi olan fənərlər var. Hələlik yenilənmiş 408 sedanı yalnız 170 at qüvvəli 1,6-litrlik turbomühərriki və 6-pilləli Aisin “avtomatı” olan versiyada təqdim edilib.

Restaylinq keçmiş Peugeot 408 sedanının interyeri tamamilə yenidir. Əvvəllər interyer sadə görünürdü, indi isə, sedan sükan çarxının üstündə virtual cihazlar paneli və mərkəzi konsoldakı düymələri olan firma i-Cockpit arxitekturasını alıb.

Modelin əksər elementləri özünəməxsusdur, transmissiyanın miniatür selektorunun əvəzinə klassik dəstək mövcuddur. 12-düymlük mərkəzi displey standart təchizata daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu arada Peugeot şirkəti Avropa üçün başqa 408 modelini hazırlayır. O, Citroen C4 modeli ilə unifikasiya edilmiş kross-liftbək olacaqdır. İlkin məlumatlara görə, yeni Peugeot 408 bir neçə versiyada - adi daxili yanma mühərrikləri və hibrid aqreqatları ilə təklif olunacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.