Peugeot şirkəti keçən il Paris avtosalonunda təqdim etdiyi konseptual e-Legend kupesinin texniki hissəsi barədə məlumat verib. Bundan başqa, marka nümayəndəsi elektrokarın perspektivləri haqqında danışıb.

Fransız şirkətinin planlaşdırma üzrə meneceri Filipp-Emanuel Jak “Auto Express” nəşrinə verdiyi müsahibədə şirkət daxilində heç kimin konseptin belə uğur qazanacağını gözləməiyini bildirib. “Konseptə  reaksiyanın müsbət olacağını gözləyirdik, lakin avtomobilə olan maraq bizim üçün sürpriz oldu”, - müsyö Jak bildirib.

Elektromobilə olan maraq o qədər yüksək olub ki, modelin pərəstişkarları avtomobilin seriyaya buraxılması tələbi olan onlayn-petisiyanı işə salıblar. Hazırda 60 min imza toplanıb. Peugeot rəhbərliyi, bu rəqəmin 500 minə çatması halında, elektromobilin seriya variantının hazırlanması məsələsinə baxacağını bildirib.   

Peugeot e-Legend 456 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən iki elektromotorla hərəkətə gələn tamçəkişli avtomobildir. 100 kilovat-saatlıq litiom-ion batareyaları kupeyə 595 kilometr qət etməyə imkan verir. Yeyin yükləmə terminalında 25 dəqiqə ərzində, konseptin batareyasını 500 kilometrlik yürüş ehtiyatını təmin edəcək enerji ilə doldurmaq olar.  Kupe 100 km/saat həddini dörd saniyədən az bir müddətə toplayır və 225 km/saata qədər sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Peugeot e-Legend avtopilot sisteminə də malikdir. Sistemin aktivləşdirilməsindən sonra sükan çarxı ön konsolda gizlənir, pedallar döşəməyə enir və avtomobildə ilkin olaraq heç biri idarəetmə sistemlərinin olmadığı hissi yaranır. Klassik günəşliklərin yerinə sensorlu eklanlar, ayaq zonasında isə 49-düymlük displeylər quraşdırılıb.

Konsept 17 dildən anlayan SoundHound səs yardımçısına və Focal səs audisisteminə sahibdir. Konseptin seriyaya getməsi halında o, Peugeot 407 Coupe modelinin boş qalmış yerini dolduracaqdır.