Bu, sizin nə vaxtsa rast gəldiyiniz ən qəribə layihələrdən biri ola bilər. Peugeot şirkəti məişət texnikasının istehsalçısı olan Whirlpool şirkəti birlikdə içərisində mətbəx olan unikal furqonu hazırlayıb. Stellantis konserninin mətbuat xidməti Peugeot və Whirlpool markalarının öz sahələrində eyni mövqeləndirməyə malik olduqları üçün, eyni DNT-ni daşıdıqlarını iddia edir. Məsələn, Peugeot şirkəti tam elektrikləşdirməyə istiqamət götürüb, eyni zamanda Whirlpool markası da yeməyin yağsız, buxarda qarışıq hazırlanmasını vəd edir.

Whirlpool Experience Tour adlanan platforma şirkətin son məhsullarını nümayiş etdirmək üçün nəzərdə tutulub. Layihənin əsası olaraq uzunbazalı Peugeot Expert furqonu götürülüb, onun transforrmasiyası isə, BCC firmasının mütəxəssislərinə həvalə edilib. Kuzovun yan tərəfləri tamamilə açılır və iki işçi zonanı əmələ gətirir. “Fudtrakın” arxa hissəsində isə, soba dolablarının xarakteristikaları nümayiş etdirmək üçün nəzərrdə tutulmuş səs paneli və böyük ekranı olan multimedia sistemi yerləşir.

Image alt Image alt Image alt Image alt Image alt

Furqonun daxilində Whirlpool məhsulları olan W6 və W7 universal sobaları, damında isə, soyuducunun işləməsi üçün gərək olan günəş panelləri quraşdırılıb. Bundan başqa, digər cihazların çalışmasını dəstəkləyən kiçik generator da var.

Whirlpool Expeience Tour 20 fransız şəhərinə baş çəkib və Whirlpool texnikasının 500 satıcısı üçün təşkil olunmuş 72 treninqdə iştirak edərək, ilk mövsümünü uğurla başa vurub. Proqramın ikinci mövsümü 2022-ci ilin aprel ayında başlamalıdır. O zamana qədər İtaliya, Polşa və Böyük Britaniyadakı promoaksiyalarda iştirak üçün daha bir neçə furqon inşa ediləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.