Porsche şirkəti özünün Instagram hesabında 911 Turbo kupe və kabrioletinin ilk şəkillərini dərc edib. Lakin, alman istehsalçısı sportkarın daha güclü versiyaları üzərindəki pərdəni tamamilə götürməyib: sportkarların arxa hissəsini kamuflyaj örtüyü vasitəsi ilə bağlanıb.

Bundan başqa, istehsalçı 911 Turbo modelinin salonun şəkilini dərc etməyib və texniki xarakteristikaları barədə məlumatla bölüşməyib. Səkkizinci nəsil Porsche 911 modelinin debütündən bir ilə yaxın vaxt keçsə də, alman istehsalçısı Turbo və Turbo S versiyalarına olan marağı artırmaq qərarına gəlib: modelin Nitsada keçirilmiş sınaqlar zamanı çəkilmiş şəkillər Instagram şəbəkəsində dərc edilib. Kabriolet kuzovlu modelin yanında şirkətin test-pilotu Yorq Berqmeyster şəkil çəkdirib.

Çox güman ki, 992 Turbo versiyasının eksteryeri prototiplərdən bir qədər fərqlənəcəkdir. Sportkar başqa formalı səsboğusu sistemə, orijinal bamperlərə, spoyler, ön splitter və diffuzora malik olacaqdır. Turbo versiyasının Carrera xəttindən mərkəzi bərkitməsi olan «yarış» təkər diskləri və sarı rəngli supportları olan karbon-saxsı əyləc mexanizmləri ilə də təchiz ediləcəyi ni güman etmək olar.

Porsche 911 Turbo modelinin 600 at qüvvəsinin üzərində gücə malik olan 3,8-litrlik altısilindrli turbomühərrik ilə təchiz ediləcəyi gözlənilir. Güc aqreqatı 8-pilləli «robot» və tam ötrümə sistemi ilə tandemdə çalışacaqdır. Turbo S versiyasının isə 650 at qüvvəsinə və 800 Nm fırlanma anına sahib olacağı gözlənilir. 

Porsche şirkəti 992 Turbo modellərinin gələn ilin yazında nümayiş etdirəcəyini bildirib. Bu müddət ərzində modelin Targa və 911 GTS modellərinin təqdim ediləcəyi gözlənilir.