Alman "Delta 4x4" tüninq atelyesi Şeyn Ostuayzenin sifarişi ilə xüsusi Porsche Cayenne ofrouderini hazırlayıb. Şeyn avtomobili ilə Avstriya - Cənubi Afrika marşrutu ilə səfər etməyi düşünür. Xüsusi olaraq bu səyahət üçün, avtomobili asqının liftinq dəsti, əlavə fənərlər və ehtiyat təkərin üçün bərkitmə nöqtəsi ilə təchiz ediblər.

Crazy About Porsche saytına müsahibə verən Ostuayzen, son bir neçə ildə sənaye və avtomobil dizaynı üzərində ixtisaslaşmış şirkətində yaradıcı-strateq olaraq çalışdığını söyləyib. Şirkətlə müqaviləsi başa çatdıqda sonra isə, o, doğma Keyptauna qeyri-adi üsulla qayıtmaq fikrinə düşüb. Şeyn xüsusi olaraq hazırlanmış Porsche Cayenne modelində Afrika kontinentini qət emək qərarına gəlib. Avtomobilin hazırlanmasında ona Almaniyanın Delta 4x4 tüner atelyesi yardım edib.

Bu məqsədlər üçün Ostuayzen Porsche Cayenne krossoverinin ilk nəslindən istifadə edib. Layihə detallarının hazırlanmasına və ofrouderin inşasına təxminən bir il sərf edilib. İlk növbədə, krossoveri çadır, çardaq və iki 20 litrlik yanacaq çəni olan Front Runner baqajı ilə təchiz ediblər. Sonra, baqaja kilidlənə bilən rəfləri olan orqanayzer quraşdırıblar, Arxa qapıya isə, Mirack bərkitməsinin köməyi ilə ehtiyat təkərini asıblar.

Bundan əlavə, təkmilləşdirilmiş Porsche Cayenne PIAA işıqlandırmasına və dəyişdirilmiş hava balonları olan hündürləşdirilmiş asqı əldə edib. Ostuayzenin sözlərinə görə, o, zaman-zaman sürətli şosseləri tərk etməyi planlaşdırır və bu təkmilləşdirmələrin çox faydalı ola biləcəyini hesab edir. Şeyn səfərin təxminən üç-dörd ay çəkəcəyini gözləyir.