Porsche şirkəti sosial şəbəkələrdə ərəb şəhzadələrindən birinin sifarişi ilə 1980-cı ildə hazırladığı yeddi Porsche 959 sportkardan ikisinin şəkillərini bölüşüb. Xüsusi sportkarların tərtibatı Porsche Exclusive Manufaktur studiyası tərəfindən hazırlanıb.

Şəhzadə alman şirkətinə təkrarolunmaz rənglərə malik olan yeddi Porsche 959 modelini sifariş edib. Avtomobillərdən birinin kuzovu tünd-qızılı firma rənginə boyanıb və qəhvəyi zolaqlara malikdir. Superkar qızılı rəngli çıxış borularına da sahibdir. Onun salon isə, açıq-qəhvəyi rəngdədir.

Image alt Image alt Image alt Image alt Image alt

İkinci avtomobil isə, kərpic rəngindədir və qırmızı dəri ilə örtülmüş salona sahibdir. Bu avtomobilin yalnız salonunun şəkilləri dərc edilib. Salon tərtibatında ağacdan dekor elementlərindən, xüsusi sifarişlə hazırlanmış sükan çarxından, ötürmələr dəstəyinin və dayanacaq əyləcinin başlığının xüsusi formasından istifadə edilib. 

Porsche 959 modeli 450 at qüvvəli 2,85-litrlik iki turbokompressorlu altısilindrli oppozit mühərriki ilə hərəkətə gəlirdi. Avtomobil tam ötürmə sistemi ilə təchiz edilirdi. 959 modeli 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir və 317 km/saatlıq maksimal sürət həddinə malik idi.