Porsche şirkəti ilk elektrokarı olan Taycxan modelində ən zəif bəndin sürücü olduğunu iddia edir. Alman markasının nümayəndələri elektrokarın heyranedici sürətlənməni dəfələrlə həyata keçirməyə qadir olduğunu bildirib.

Məlumdur ki, Porsche Taycan Turbo 100 km/saat həddinə 3,2 saniyəyə sürətlənir. Turbo S versiyası isə bu işə 2,8 saniyə sərf edir. Hər iki modifikasiyanın maksimal sürət həddi 260 km/saatda məhdudlaşdırılıb. Turbo versiyası 450 km qət etsə də, daha güclü versiya 415 km yürüş etmək iqtidarındadır. Ən başlıcası isə, Taycan dinamikaya xələl gətirilmədən bəyan edilmiş xarakteristikaları dəfələrlə nümayiş etdirmək iqtidarlndadır.

Bu barədə Motoring nəşrinə müsahibə verən İnqo Albers bildirib. Elektrokarın şassinin hazırlanmasına rəhbərlik edən Albers elektrokarın launch control rejimində istənilən qədər sürətlənməyə hazır olduğunu bildirib. O, bu rejimdə sürətlənmənin texnikanın deyil, sürücünün imkanları ilə məhdudlaşdığını da qeyd edib. “yerindən 200 km/saata qədər 20-25 dəfə sürətləndikdən sonra siz təslim olacaqsınız. Əmin edirəm”, - Albers bildirib.