Hazırda Porsche Taycan modelinin ən ucuz versiyası 530 at qüvvəli güc qurğusu ilə təchiz edilmiş və batareya doldurmadan 407 kilometr məsafə qət edə bilən Taycan 4S modifikasiyası hesab olunur.

Bununla belə, Porsche şirkətinin tədqiqat və işləmələr istiqamətinin rəhbəri Maykl Ştayner "Car" nəşrinə istehsalçının artıq daha əlçatan bir versiya üzərində işləyini bildirib. Elektrokarın ucuzlaşdırılması güc qurğusunun sadələşdirilməsi və 79,2 kilovatlıq batareyanın daha az tutumlusu ilə əvəzlənməsi yolu ilə aparılacaqdır.

Beləliklə, Porsche Taycan modelinin baza versiyası mövcud versiyalarda iki elektrik mühərriki sayəsində təmin edilən tam ötürmə sistemini itirə bilər. Onlardan birindən imtina edilməsi Taycan modelini arxa ötürməli elektrokara çevrilməsinə və onun qiymətinin xeyli azalmasına səbəb olacaqdır. Porsche şirkətinin mövcud olan sifariş axınının öhdəsindən gələrsə, yeni modifikasiyanın debütü gələn il baş tuta bilər.

Ştaynerin sözlərinə görə, belə bir Taycan modeli, əsasən müştərilərin tam ötürmənin məcburi "proqram elementi" olmadığını hesab etdiyi bazarlara yönəldiləcəkdir - misal üçün, belə bazarlardan biri Çin ola bilər.