Bu günlərdə sosial şəbəkələrdə Volkswagen şirkətinin zavoddaxili videoçarxından skrin edilmiş təsvir yayılıb. Bu təsvirdə yeni nəsil Golf modelinin «qaynar» versiyalarının eskizləri əks olunur və onların güc xarakteristikaları açıqlanır. Golf GTI, GTI TCR, GTD, GTE və R modifikasiyaları il ərizndə debüt etməlidirlər.

Əgər göstərilənlər həqiqəti əks etdirirsə, o zaman Golf GTI modeli 245 at qüvvəli benzin mühərrikinə, GTI TCR isə bu mühərrikin gücü 300 at qüvvəsinə qədər artırılmış versiyasına sahib olacaqdır. Golf GTD modelinin dizel mühərriki 200 at qüvvəsi, qoşulan Golf GTE hibridi isə 245 at qüvvəsi təklif edəcəkdir. Hetçbekin üst modifikasiyası olan tamötürməli Golf R modelinin mühərrikinin gücünü 333 at qüvvəsinə çatdıracaqlar.