McLaren F1 superkarının yaradıcısı olan Qordon Mürrey tərəfindən əsası qoyulmuş Gordon Murray Design (GMD) şirkəti iStream texnologiyasının təkmilləşdirilmiş Superlight adlı variantını təqdim edib. Bu texnologiyanın köməkliyi ilə yaradılan kuzov polad bənzərindən iki dəfə yüngüldür. Onun konstruksiyası isə möhkəm, təhlükəsiz və etibarlıdır.

iStream Superlight “arabacığının” əsasını emal edilmiş karbon kompozitindən hazırlanmış panelləri olan yüksək möhkəmlikli alüminium rama təşkil edir. Modul konstruksiyası sayəsində bu platformanı istənilən sinif avtomobilin – yığcam şəhər avtomobilindən tutmuş yüngül kommersiya furqonunun, - inşasında istifadə etmək olar.  

Çəkinin azaldılmasına nazik divarlı borulardan və şana şəkilli daxili strukturaya malik olan panellərdən istifadə sayəsində nail olunubdur.

Yeni platforma ilə birlikdə GMD şirkəti iStream texnologiyasından istifadə etməklə yaradılmış oturacaqları da təqdim edib. 

Bu oturacaqlar adi modellərdən 30 yüngüldürlər.

Üstəlik, GMD Superlight  platformasında inşa edilən ilk avtomobili də anons edib. Bu, 223 at qüvvəsi hasil edən 1,5-litrlik turbomühərrik və altı pilləli mexaniki qutu ilə təchiz edilən T43 sportkarıdır. Avtomobilin çəkisi 850 kiloqramdır. Nəticədə, gücün bir ton çəkiyə nisbəti 262 at qüvvəsi təşkil edir. iStream texnologiyasının Carbon adlı variantından TVR Griffith superkarının inşasında istifadə edilib.

Əsasını karbonplastikdən mərkəzi tonnel təşkil edən karkas karbon, polad və alüminiumdan hazırlanmışdır.