Renault şirkəti Clio hetçbekinin yeni idman modifikasiyalarını hazırlayıb. Cup, Rally və RX indekslərinə sahib olmuş hetçbeklərdən birincisi trek, digər ikisi isə çınqıllı yollarda yarışmaq üçün nəzərdə tutulub. Üstəlik, xüsusi ehtiyat hissələri dəstinin köməkliyi ilə bir modifikasiyanı digərinə çevirmək olar.

Bütün yarış versiyaları Clio RS Line “qaynar” hetçbekinin bazasında inşa ediliblər. Modellər 170-180 at qüvvəsi hasil edən 1,3-litrlik dördsilindrli turbomühərrik və Sadev sekvental ötürmələr qutusu ilə təchiz edilirlər. Mühərrikin gücünü konkret yarışın reqlamentinə uyğun olaraq tənzimləmək mümkündür. Avtomobillər təhlükəsizlik karkası və idman oturacaqları ilə təchiz edilirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yarış versiyalarının asqısı Clio RS Line modeli ilə eynidir. Avtomobiilər öndə McPherson asqısına, arxada isə, yarıasılı tir ilə təchiz ediliblər. “Mülki” versiyadan fərqli olaraq yarış avtomobilləri Bos Suspenision amortizatorlarına və yeni yaylara sahib olublar.

Müxtəlif çempionatlar üçün Clio modelinin yarış versiyalarını bu ilin payızında sifariş etmək mümkün olacaqdır. Avtomobillər yarışlara 2020-ci ildən buraxılacaqdırlar.