Rinspeed şirkəti Snap pilotsuz nəqliyyat vasitəsi haqqında məlumatı dərc edib. Xatırladaq ki, pilotsuz nəqliyyat vasitəsi 2018-ci ildə Las-Veqasda keçiriləcək məişət elektronikası sərgisində (CES) nümayiş etdiriləcəkdir.

Rinspeed Snad tamidarələnən şassiyə malik olan özügedən platformadan və onun üzərinə qoyulan kapsuladan ibarətdir. Bu kapsula həm sərnişinlər, həm də yüklər üçün ola bilər. Modul konstruksiyasının üstünlükləri bu paltformanın daima təkmilləşdirməsi imkanlarının olmasındadır.

Modulun elektron komponentləri bir neçə ildən bir dəyişdirilə bilər.

Batareyaların doldurulması və ya platformanın dəyişdirilməsi zamanı, kapsula dayaqlar üzərinə qalxaraq, yaşayış modulu və ya mobil ofis kimi çıxış edə bilər.

Pilotsuz avtomobilin qabarit uzunluğu 4682 millimetr, eni – 1960 millimetr, hündürlüyü 1842 millimetr, təkər bazası isə 3250 millimetrdir. Konseptin çəkisi 1700 kiloqramdır. Rinspeed Snap ZF şirkəti tərəfindən hazırlanmış elektrik güc qurğusu ilə hərəkətə gəlir.

Qurğunun minimal gücü 38 at qüvvəsi, maksimal gücü isə 69 at qüvvəsidir. Elektromotor 12 kilovat-saatlıq tutumu olan akkumulyatorlardan qidalanır. Prototip 100 km/saat sürətini beş saniyəyə toplayır və dolu batareyalarla 100 kilometr qət edir. 

Snap ətraf aləmlə ünsiyyət qurmaq üçün altı proyektordan istifadə edir. Onlardan ikisi ön və arxa alın şüşələrinə digər hərəkət iştırakçılarına ismarıcları əks etdirir. Daha dörd cihaz, sərnişinlərlə ünsiyyət qurmaq üçün yan şüşələrdən istifadə edir. Snap modelinin hər bir sərnişinin sərəncamına üç displey verilib.

Hərlənən displey şəxsi məlumatın daxil edilməsi, digər iki displey isə marşrut haqqında məlumatın, xarici kameralardan alınan görüntülərin və əyləncə kontentinin əks etdirməsi üçün nəzərdə tutulub. Bundan başqa, konseptin təchizatına həcmli səsləndirilməsi olan Lexicon səs sistemi daxildir.

Konsept avtomobilinin salonundakı işıqdiodlarından lampalar ultrabənövşəyi şüalanmadan istifadə edərək havanı mikroblardan təmizləyir. Avtomobil həmçinin istifadəçinin üçsəviyyəli tanınması sistemi ilə də təchiz edilir.

Buraya biometrik yoxlama da daxildir ki, sistem insanları üzdən tanıyaraq onların vərdiş və istəkləri haqqında məlumat toplayır. Sonradan, bu məlumatlar səsli yardımçı tərəfindən təklif və məsləhətlər üçün istifadə olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt